Prezident İlham Əliyev müdafiə sənayesi işçilərinə "Əməkdar Mühəndis fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, müdafiə sənayesinin yaradılmasında və inkişafında xidmətlərinə görə Daşdiyev İmaməddin Əşrəf oğlu, İbadov Adəm Bəhlul oğlu və Kərimov Qəzənfər Nuruş oğluna "Əməkdar Mühəndis fəxri adı verilib:

Dövlət başçısı müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında da sərəncam imzalayıb. Müdafiə sənayesinin inkişafındakı xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

"Tərəqqi medalı ilə:

Abdullayev Ələsgər Xəlil oğlu

Babayev Əmrah Məcnun oğlu

Babayeva Zibar Axəd qızı

Əsədov Hüseynağa Əsədulla oğlu

Əsədov Xasməmməd Əli oğlu

İsmayılov Rafael İbad oğlu

Qasımov Məzahir Fərman oğlu

Qədirova Narıngül Məmmədağa qızı

Qəniyev Tapdıq Yaqub oğlu

Sadıqov Tofiq Asiman oğlu

Yusifov Şahin İsa oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə medalı ilə:

Bağırov Eldar Həsən oğlu

Kərimli Şəfəq Xanlar qızı

Kərimov İsmayıl İbrahim oğlu

Qəniyev Elvin Qabil oğlu

Nərimanov Niyazi Nəriman oğlu

Şükürov Rəmzi Əbil oğlu

Tahirov Rasim Firudinoviç