Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin (DGK) Xaçmaz Gömrük İdarəsinin "Samur gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, qonşu ölkə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindəki əl yükünə gömrük baxışı keçirilib.

Komitədən Unikal.org-averilən xəbərə görə, yoxlama zamanı yağ qutularının içərisində gömrük nəzarətindən gizlədilən, üzərində Belarusa məxsus aksiz markası olan 5200 ədəd siqaret aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.