Dekabrın 14-də saat 10:00-dan 15:00-dək "Qaz İxrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Qubaxəlilli, saat 10:00-dan 18:00-dək Ağdaş magistral qaz kəmərləri sahəsinin "Yaqublu qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Unilal.org xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, təmir müddətində aparılan işlərin saat 10:00-dan 15:00-dək İsmayıllı rayonunun, 10:00-dan 18:00-dək Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.