Gəncədə dəm qazından zəhərlənmə olub.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb. Orada yaşayan 2005-ci il təvəllüdlü Aytac Əzizova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. O dərhal xəstəxanaya çatdırılıb.
Qıza ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.