Bu gün paytaxt restoranlarının birində əməkdar artist Rafael İsgəndərovun qızının toyu keçirilir.

Unikal.org-un lent.az-a istinadən məlumatına görə, əməkdar artistin qızı Gülarə, Ələsgər adlı bəylə nikah masaına əyləşib. Bəy və gəlin restorana 19:15 radələrində daxil olub. Onları gecənin aparıcısı Nəsib Nur salamlayaraq, sözü musiqiyə verib. Səbəbkarlar özəl günlərində məşhur Türk mahnısı "Bağdadın sədaları altında rəqs ediblər. Bundan sonra isə məclis daha da rəngarəng olub. Belə ki, toya dəvət olunan müğənnilər bir-bir səhnə alaraq, öz musiqi hədiyyələrini bəy və gəlinin şərəfinə oxuyublar.

Onu da əlavə edək ki, gecədə əməkdar artist Mehriban Xanlarova, Sənubər İsgəndərli, Nahidə Orucova, Coşqun Rəhimov, Zaur Əmiraslanov, Babək Niftəliyev, müğənni Rəşad İlyasov, aparıcılar Kamilə Babayeva, Hacı Nuran, Saleh Bağırov və başqaları iştirak edirdi.

Qeyd edək ki, aktyorun övladının birinci toyu dekabrın 10-da baş olub.


Rafaelin qızının toyundan -  Fotolar
Rafaelin qızının toyundan -  Fotolar
Rafaelin qızının toyundan -  Fotolar
Rafaelin qızının toyundan -  Fotolar
Rafaelin qızının toyundan -  Fotolar