Kürdəmir rayon sakini güllələnib.
Unikal.org apa-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində rayonun Sovla kəndində baş verib. Kənd sakini Anar Şirməmməd oğlu Xəlilov güllə yarası ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.
İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Həmkəndlisi Saleh Tağıyevlə ova gedən A. Xəlilov onun ehtiyatsızlıqdan açdığı atəş nəticəsində yaralanıb, sonra isə xəstəxanada ölüb.
S. Tağıyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.