Bu il Azərbaycanda 133,3 min körpə doğulub.

Unikal.org xəbər verir ki, bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.

Bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə 133,3 min, yaxud hər gün orta hesabla 437 körpə doğulub. 

Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarından ibarətdir.

Körpələrin 2306-sı əkiz, 57-si isə üçəmdir.