"Baku Medical Plaza Nəsimi rayonundakı Mərkəz filialında xarici vətəndaşın əməliyyat zamanı dünyasını dəyişməsi ilə bağlı xəbər vermişdik.

Məsələ barədə "Baku Medical Plazanın Baş həkim müavini Lalə Şəkərova Unikal.org-a açıqlamasında bildirib ki, xəstənin anadangəlmə ürək qüsuru var olub və vəziyyəti həddən artıq ağır olduğundan əməliyyat onlar üçün son şans idi:

"09.12.2016-cı il tarixdə İraq vətəndaşı 1990-cı il təvəllüdlü Hasan Hamzah Abboood AÜQ: Subvalvular aortal stenoz. Aortal çatışmazlıq II dərəcə " diaqnozu ilə klinikamıza daxil olmuşdur. Xəstənin anadangəlmə ürək qüsuru var idi və vəziyyəti həddən artıq ağır olduğundan əməliyyat onlar üçün son şans idi. Xəstəlik və əməliyyat barəsində xəstə yaxınlarına tam ətraflı məlumat verilmişdir və vəziyyətin çox ciddi olması həkimlərimiz tərəfindən izah olunduqdan sonra ailənin razılığı ilə 10.12.2016 il tarixində xəstəyə "Aortal stenozun ləğvi" əməliyyatı icra olunmuşdur. Çox təəssüf ki, həkimlərimizin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmadı və o dünyasını dəyişdi. Meyit Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilmişdir. Xəstə yaxınları öncədən vəziyyətin ağırlığını bildikləri və buna hazır olduqları üçün onlar tərəfdən heç bir şikayət və irad bildirilməmişdir. Yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyirik! Allah rəhmət eləsin

Dünyasını dəyişən xəstənin valideyini isə hadisə ilə bağlı bunları qeyd edib:

"Mən İraq Respublikasının vətəndaşı Hamzah Abbooo Jarlllah, bəyan edirəm ki, oğlumu Al-Masoodi Hasan Hamzah Abbooodini Nəsimi rayonunda yerləşən " Baku Medical Plaza klinikasına gətirmişəm.Oğlumun anadangəlmə ürək qüsuru var idi. Bu xəstəliklə bağlı biz dəfələrlə İrana, Livana müraciət etmişik.Mən ürək-damar cərrahı həkim Özgür Kocamaza və ona kömək edəcək tibbi heyəti tərəfindən oğlumun üzərində " Subaortal stenozun ləğvi cərrahiyyə əməliyyatın yerinə yetirilməsinə razılığımı vermişəm. Oğlumu cərrahi əməliyyat edəcək həkimi özümüz seçmişik.
Mən bilirdim ki, əməliyyat yerinə yetirilməzsə problemlər və ağır nəticələr baş verə bilər, hətta ölüm belə olacaq.Bu əməliyyat bizim üçün bir şans idi.
Cərrahi əməliyyatın nəticələri barədə mənə təminat verilməmişdir.Mən əməliyyata razılığımı verdim.Məni maraqlandıran bütün suallar həkim Özgür Kocamaz tərəfindən cavablandırıldı və tərcüməçi vasitəsi ilə mənə ərəb dilində tərcümə edildi.
Mən klinikaya öz razılığımı bildirirəm, çünki bu əməliyyat mənim oğlum üçün bir şans idi istifadə etdim. Mənim vicdanım təmizdi-oğlum üçün bu şansdan istifadə etdim.Allahın işidi...
Klinikaya, tibbi heyətə, həkim Özgür Kocamaza heç bir iradım yoxdur.Allah ondan razı olsun!