Daşkəsən rayonunda məhkəmədə dava düşüb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Daşkəsən rayonu, Qazaxyolçular kənd sakini Bəhman Nuru oğlu Abbasov hakimin qərarı ilə razılaşmayaraq mübahisə edib. Nəticədə onunla məhkəmə işçiləri arasında dava düşüb.

Hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub. Məhkəmənin qərarı ilə barəsində həbs qərarı çıxarılmış B.Abbasov bu dəfə də şöbəyə getməmək üçün polislərlə əlbəyaxa olub. Ancaq Daşkəsən Rayon Polis Şöbəsinin əmakdaşları onu məhkəmə salonundan çıxarmağa və şöbəyə aparmağa nail olub.