Dekabrın 14-də Moskva şəhərinin Novokosinskaya küçəsində yerləşən binaların pəncərələrindən iki uşaq yıxılaraq ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə İstintaq İdarəsinin məlumatında bildirilir. İnsidentlər arasında iki saat fərq olub.

RİA "Novosti" yazır ki, hadisələrdən biri zamanı anası tərəfindən evdə tək qoyulan 6 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb və sağ qalıb. O, vertolyotla xəstəxanaya çatdırılıb. Uşağın vəziyyəti ağırdır.

Bu hadisə Bakı vaxtı ilə 14:30-da baş verib. İki saat sonra, 16:30-da isə eyni küçədə ikinci analoji insident qeydə alınıb.

Təcili yardım xidmətindən TASS-a verilən məlumata görə, digər binanın da 16-cı mərtəbəsindən 8-ci sinif şagirdi yıxılaraq ölüb.

REN TV telekanalının məlumatına görə, yeniyetmə tanışıgilə qonaq gəlib və blokun pəncərəsindən yerə yıxılıb. FAN agentliyi ölənin Azərbaycan əsilli olduğunu yazır.