ARB TV-nin "Gəlin danışaq verilişinin qonağı müğənni Elnarə Xəlilova olub.

Unikal.org xəbər verir ki, "W-triodan danışan ifaçı, o zamanlar bir-birlərinə qarşı münasibətlərinin daha yaxşı olduğunu bildirib:

"Bizim laçın vaxtlarımız idi. Bir-birimizi yaxşı tanıyırdıq, sevirdik, dəyər verirdik. Qızlara bir ara dedim ki, gəlin bir-birimizə xanım deyə müraciət edək. 2 gün bunu davam etdirdik. Elnarə xanım, Röya xanım, Natavan xanım deyə bir-birimizə müraciət edirdik. Sonra gördüm, qızlar deyirlər ki, bəsdir də xanım dediyimiz, qoymadılar. "W-trioda mənim 20 yaşım, Natavanın 19 yaşı, Röyanın 18 yaşı var idi. Ancaq hamımızdan böyük Röya görünürdü. O vaxtlar bir-birimizə qarşı hörmət var idi, böyüyün sözünü eşidirdik. Sonra bir-birimizdən qopduq.

Müğənni, Röya və Natavanla əlaqələrinin zəif olduğunu bildirsə də, onlara qarşı münasibətinin dəyişmədiyini açıqlayıb:

"Açığı, mənim münasibətim heç dəyişməyib. Məndən heç kimə ziyan gəlməyib. Bir adam deyə bilməz ki, Elnarə mənə bu pisliyi edib. Amma yaxşılığı çox saya bilərlər. Həyat bir bumeranqdır. Pislik edirsən, pislik çıxır qarşına, yaxşılıq edirsən - yaxşılıq. Mənim gözümdə yenə onlar elədirlər. Qrup elə orada qaldığına görə bu görüntülərə baxanda yenə o günlərə qayıdıram. Son 6-7 ildə biz bir o qədər də ünsiyyətdə olmadığımız üçün artıq mən pisləri xatırlamıram, fikrim yaxşıda qalıb. Bugünkü günə nəzər salsaq, hər birimizin gördüyü iş kifayət qədər uğurludur. Kifayət qədər dinləyicimiz var.

Sevilən ifaçı Röya ilə bağlı fikirlərini bölüşüb:

"Məni sevən adam heç vaxt Röyanı sevə bilməz, onu sevən isə məni sevə bilməz. Bizim həyat tərzlərimiz fərqlidir. Mənim vaxtım başqa şeylərə gedir. Mənim vaxtım 2 universtet bitirməyə, qırmızı diplom almağa, 4 uşaq dünyaya gətirməyə gedib. Bunun üstündən keçə bilərik, ancaq ailəli xanımlar bunu çox gözəl başa düşürlər. Bu heç də asan bir iş deyil. Röya yeni mahnısını yazdıranda, klip cəkdirəndə, konsert verəndə mən övladımı dünyaya gətirirdim və ya universitetdə dövlət imtahanımı verirdim. Aramızda yeganə fərq budur. O, öz işində uğurludur. Röya ad alanda hamı məndən soruşdu ki, siz istəmirsiniz, sizə ad versinlər? Dedim ki, istəyirəm. Ancaq o, onun adıdır. Bu adam bu ada canını qoyub. Mahnısını yazdırır, konsertini verir və s. O, vaxtını, pulunu, ömrünü ona həsr edib. Mən də başqa işlər görmüşəm, mənim də öz adımı versinlər. "Qəhrəman ana adı. Xahiş edirəm, mənim adımı versinlər. Üstündə də bir ev, bir də medal. Asım sinəmə ki, mən qəhrəman anayam. Mənim də ömrüm, vaxtım bunlara gedib.milli.az