Zığ şossesində ağır yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Tural Yusifov sosial şəbəkədə paylaşıb. Hadisə yerindən canlı yayım edən DJ qəza nəticəsində avtobusun aşdığını bildirib.

Qəzaya düşən 44 nömrəli avtobusdur, hadisə nəticəsində ölüm hadisəsi olmayıb.

***

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev avtobusun aşması ilə bağlı "Qafqazinfoya açıqlama verib. Müdir bildirib ki, hadisə avtobus səhər qarajdan çıxan zaman aşıb:

"Avtobus aşmayıb, sadəcə yoldan kənara çıxıb. Bu, yaxşı bir hal deyil, ancaq bunu sosial şəbəkədə qeyd olunan kimi böyütmək olmaz. Hava şəraiti ilə əlaqədar olaraq bu kimi gözlənilməz hadisələr baş verə bilər. Xoşbəxtlikdən hadisə baş verən zaman sərnişin olmayıb, sürücünün vəziyyəti də yaxşıdır.