15 yaşlı Azərbaycanlı oğlanın geydindyi bel kəməri başına bəla oldu.
Unikal.org xəbər verir ki, hadisə dünən Bursada yaşanıb.
Qısa, davamlı, çaxnaşma və qorxuya səbəb olan hadisə Bursa Yüksək İxtisas Xəstəxanasında baş verib.
Belə ki, ayağındakı narahatlıq səbəbiylə xəstəxanaya gələn Azərbaycan əsilli M.Ö. rentgen xidmətinə göndərilib.
Burada gənc oğlan şalvarı çıxarmadan rentgenə girib. Gəncin taxdığı metal bel kəməri görüntüsü bombaya oxşayıb. Gəncin belinə bağladığı kəmərin üstü tapança, əl bombası və güllə olduğunu zənn edən həkimlər dərhal polisə xəbər veriblər.
Xəstəxanada polislər gəlincə çaxnaşma yaranıb. Polislərin araşdırmasından sonra kəmərin üzərindəki qumbara, tapançanın naxış olduğu üzə çıxıb və gənc sərbəst buraxılıb.
Bu hadisənin tragikomik olduğunu nəzərə alaraq məşhur türk aktyoru, mərhum Kamal Sunalın çəkildiyi filimdən bir parçanı sizlərə təqdim edirik.