Xəzərdə baş verən qəzada həlak olan neftçi İlham Qafarovun meyiti bu dəqiqələrdə Qaradağ rayonundakı sahil limanına gətirilib.
Unikal.org xəbər verir ki, bu barədə lent.az-ın hadisə yerində olan əməkdaşına mərhumun qardaşı Davud Qafarov məlumat verib. Meyit sahilə "Qaradağ-8 gəmisi ilə gətirilib.
Qeyd edək ki, mərhumun qardaşı Davud Qafarov hadisə baş verən an N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus başqa buruqda çalışırmış.
İ.Qafarovun meyiti bir qədər sonra ailə üzvlərinə təhvil veriləcək.
1958 il təvəllüdlü Bakı şəhəri, Ələt qəsəbəsinin sakiniİlham Qafarov ailəli idi, onun 3 övladı var.
Qeyd edək ki, bu gün səhər saatlarında SOCAR-ın "Azneft İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində 10 nəfər dənizdə itkin düşüb. İtkin düşənlərdən İlham Qafarovun meyiti dənizdə tapılaraq, sudan çıxarılıb