Ucar sakini Kürdəmir ərazisində güllə yarası alıb.
Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 15-də Ucar rayon sakini İlkin İbrahimov qırma yarası ilə rayon Mərkəzi Xəstəxanasına gətirilib. O, izahatında Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində ov edərkən ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşdən xəsarət almasını bildirib.
Araşdırma aparılır.
Qeyd edək ki, dekabrın 14-də də Kürdəmirdə oxşar hadisə baş vermişdi.