Şəmkir rayonunda tövlədə baş verən yanğın heyvanların tələf olması ilə nəticələnib.
Unikal.org-un "Report"a istinadən məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində məskunlaşan məcburi köçkün Əkbər Sovet oğlu Ələkbərova məxsus təsərrüfatda baş verib.
Yanğın zamanı Laçın rayonundan olan məcburi köçkünün tövləsində olan 67 baş iribuynuzlu mal-qara yanaraq tələf olub.
Yanğının baş verməsinin səbəbləri araşdırlır.