Xəbər verdiyimiz kimi, Yeni il axşamı Demet Akalın və Hadisə Bakıda eyni səhnədə yer alacaqlar.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, D.Akalın bu günlərdə qatıldığı bir tədbirdə Bakı konserti ilə bağlı Hadisəyə zarafatla söz atıb:
"Bilirsiniz ki, Baki ilə aramızda saat fərqi var. Mən də buna görə orada səhnəyə daha tez çıxacağam və beləliklə, Yeni il axşamı üçün ikinci iş fürsətini qaçırmayacağam. Hadisəni axıra saxladım ki, o, İstanbula dönə bilməsin. Mən isə İstanbula qayıdıb daha bir yerdə çıxış edəcəyəm".
Qeyd edək ki, Hadisə Bakıdakı 2 saatlıq çıxışı qarşılığında 375 min lirə (təxminən 185 min manat) əldə edəcək. Eyni konsertdə yer alan D.Akalın isə 1 saatlı çıxışı üçün 250 min lirə (təxminən 125 min manat) qonorar alacaq. Onlar ikisi bir yerdə yarım milyon lirə qazanacaqlar.