Xalq artisti Faiq Ağayevə qarşı təxribat edilib.
Unikal.org-un məlumatına görə, bu haqda müğənni özü xəbər yayıb. O bildirib ki, dekabrın 29-da və 30-da Heydər Əliyev Sarayında baş tutacaq konserti ilə bağlı saxta biletlər satışa çıxarılıb:
"Belə də zülm olar? Konsert keçirəcəyim haqda xəbəri eşidər-eşitməz yenə köhnə üsullara əl atıb, hücuma keçiblər. İşimə pəl vurmaqdan ötrü bilmirlər daha nələr etsinlər. Bir həftədir ki, dövriyyəyə su qiymətinə saxta "dəvətnamə atıblar - susuram. İndi də başlayıblar şayiə buraxmağa ki, guya konsertdə fonoqramla oxuyacağam. Gözünüz nə vaxt doyacaq? Dil-ağzınız nə vaxt yalanlardan usanacaq? Adam deyillər, səy yığınıdır. Camaatı gic yerinə qoymusuz? Kiriyin də.