Kanadalı aktrisa Pamela Anderson Rusiya vətəndaşı olmaq istəyir.
Unikal.org "İnterfaksa istinadən xəbər verir ki, 49 yaşlı aktrisa Rusiyanı çox sevdiyini bildirib.
"Mən Rusiyanı sevirəm, bura gəlməyi xoşlayıram, ruslarla ortaq mədəniyyətə sahib olduğumuzu düşünürəm. Mənim Kanada və Amerika vətəndaşlığım var. Niyə də Rusiya vətəndaşlığını almayım?!, -deyə P. Anderson söyləyib.
O, ana tərəfindən rus kökənli uzaq qohumlarının olduğunu da qeyd edib.