Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Kür çayının üzərindən keçən hissəsinəı yaxın ərazidə 38 yaşlı qadın sürücü idarə etdiyi "Hyundai markalı avtomaşını aşırıb.
Unikal.org-un virtualaz.org-a istinadən məlumata görə, hadisə nəticəsində xəsarət almış sürücü, Bakı şəhər sakini Ruhullayeva Nuriyyə Novruz qızı və onun 8 yaşlı qızı Tehran Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan saytımıza verilən məlumata görə, onlara tibbi-yardım göstərilib və xəsarətləri yüngül olduğundan, yaxın saatlarda ambulator müalicəyə göndəriləcəkləri gözlənilir.