Şəmkir sakini kimyəvi maddədən zəhərlənib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini, 1995-ci il təvəllüdlü Samir Rzayev zəhərlənmə əlaməti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. S. Rzayev səhvən kükürd tərkibli kimyəvi maddə qəbul etdiyini deyib.
Faktla bağlı araşdırma aparılır.