Bu gün daha bir azərbaycanlı "O səs Türkiyə"də uğurla çıxış edib.
Unikal.org-un məlumatına görə,Mehman Tağıyev "Sarı gəlin" xalq mahnısınıifa edərəkbütün münsifləri özünə döndərməyi bacarıb. Gənc ifaçı mahnıya muğamla giriş edib. Hadisə onunifasını "Sarı gəlin"in indiyə qədərki ən yaxşı performansı" adlandırıb. Digər münsiflər də Mehmanın səsini yüksək qiymətləndiriblər.
Tamaşaçıların xahişi ilə o, mahnını bir daha oxuyub. Həmyerlimiz sondaSibel Canı seçərək onun komandasına daxil olub.
Qeyd edək ki, Acun İlıcalının aparıcılığı ilə TV8-də yayımlanan səs yarışmasının münsiflər kürsüsündə Hadisə, Sibel Can, Murad Boz, Hakan və Gökhan Özoğuz qardaşları oturur.
Xatırladaq ki, M.Tağıyev"Azərbaycanın Səsi" yarışmasının qalibidir. Gənc ifaçı ATV-də yayımlanan proqramda əməkdar artist Elza Seyidcahanın tələbəsi olub.