Bu gecə itkin düşən neftçilərin axtarış işləri zamanı hadisə yerindən təqribən 180 metr cənub istiqamətində suyun dibində bəzi parçaları qırıq vəziyyətdə olan itkin düşmüş neftçilərin yaşayıb bloku aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə "Azneft İstehsalat Birliyinin "Facebook səhifəsində qeyd olunub.

Bildirilib ki, dalğıclar yaşayış blokunun içərisinə daxil olaraq müşahidə aparıblar: "Hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış budkasında olmayıb. Axtarış işləri davam etdirilir.