"Azneft İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam etdirilir.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumatına görə, dekabrın 17-də Xəzər dənizində aparılan axtarış işlərində Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin iki helikopteri, "Vixr-5, "Vixr-8 və "Svetlomor-2 gəmiləri iştirak edir.
Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.