Bu gün səhər saatlarında Koroğlu Metrosunun çıxışında naməlum kişi meyiti tapılıb.

Unikal.org  xəbər verir ki, ətrafdakı şahidlərin sözlərinə görə, naməlum şəxs evi olmadığı üçün metro çıxışlarında gecələyirmiş.

Naməlum şəxsin ölməyinə səbəb kimi, onun güclü şaxtanın soyuğuna dözə bilməyərək dünyasını dəyişdiyi bildirilib.