Bu gün Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Könüllü kəndindən keçən ərazisində qəza baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, "Mercedes-Sprinter" markalı mikroavtobusla "VAZ-2106" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 2 nəfər - Şəmkir rayon Kür qəsəbə sakini 1985-ci il təvəllüdlü Fərman Məmişov və rayonun Muxtariyyə kənd sakini 1980-ci il təvəllüdlü Bayram Əlibabayev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.