Bakıda itkin düşən uşaq tapılıb.

Unikal.org-un lent.az-a istinadən məlumatına görə, Bakının Əhmədli qəsəbəsində itkin düşən 10 yaşlı Abbasov Amil tapılıb. Bu barədə Amilin ailəsindən bildirilib. Deyilənə görə, uşağın özü az öncə evə gəlib. "Qapı döyüldü, açdıq gördük uşağın özüdür", - deyə Amilin anası Arzu Abbasova bildirib. Uşağın harada olması ilə bağlı hələlik məlumat verilmir.

**** 20.43

Bakının Əhmədli qəsəbəsində 10 yaşlı uşaq itib. 

Unikal.org xəbər verir ki, bu barədə lent.az-a uşağın anası məlumat verib. Anası Arzu Abbasovanın sözlərinə əsasən, Amil günorta məktəbdən gəldikdən sonra həyətə velosiped sürməyə düşüb və bir daha geri qayıtmayıb: "Qardaşı da onunla olub. Lakin əli üşüdüyündən evə qalıb. Amil isə həyətdə qalıb.

Ailə bu barədə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə məlumat verib.

Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən  bildirilib ki, belə bir şikayət qəbul edilib: "Abbasov Amlin axtarışları paytaxtın bütün istiqamətlərində davam etdirilir".

Amil Abbasov 95 saylı orta məktəbin 3-cü sinif şagirdidir. Şəkildəki uşağı görənlərdən 34 saylı polis bölməsinə məlumat vermək və yaxud (055)563-60-11 nömrəsinə zəng etmək xahiş olunur.