Güclü ağrıkəsicilərdən hesab olunan "Fentanyl ticarət adlı dərman 13 nəfərin ölümünə səbəb olub.
Unikal.org xəbər verir ki, Kanadanın Britiş Kolumbiya əyalətində bir neçə gün ərzində bu dərmanı qəbul edən 13 nəfər ölüb.
İlkin araşdırmalar zamanı bəlli olub ki, həmin şəxslər normadan artıq dozada dərman qəbul edib. Bələdiyyə sədri George Robertsonun açıqlamasında həmin şəxslərin narkotik aludəçisi olduqlarını və ona görə də həddən artıq dərman qəbul etdiklərini deyib.
Bələdiyyə sədri bölgədə təkcə keçən ay yüksək dozada "Fentanyl qədul etdiklərinə görə 35 nəfərin öldüyünü açıqlayıb. O, narkotik aludəçilərinin müalicəyə ehtiyaclarının olduğunu deyib.Bununla bağlı ölkə səhiyyə təşkilatı və aidiyyəti qurumlara müraciət edib.
Polisin məlumatına görə, bu ilin yanvar-noyabr aylarından Çindən gətirilən saxta "Fentanyl səbəbindən 657 nəfər ölüb.
Qeyd edək ki, bu dərman 1950-ci ildə ilk dəfə Belçika tibb elmi tərəfindən kəşf edilib. Morfindən 80 dəfə daha güclüdür.