Bakı-Quba magistralında ağır yol qəzası baş verib.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, yolun Abşeron rayonundan keçən hissəsində "Mercedes" markalı minik avtomobili 62 yaşlı kişini vurub. Piyada hadisə yerindəcə keçinib.
Faktla bağlı Baş İstintaq İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.