Bakı sakini dəm qazından zəhərlənib.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yaşayan 1993-cü il təvəllüdlü Ələkbərov İlkin Nizami oğlu yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənib. O, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ortadır.