Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhər, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 8 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xatırladaq ki, səhər saatlarında Yasamal rayonunda da bənzər hadisə baş vermişdi.