Bu gün Bakıda yanğın olub. 

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 8 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.