Şəmkir rayon sakini bıçaqlanıb.

Unikal.org APA-ya istinadən bildirir ki, rayonun Dağ İrmaşlı kənd sakini, 1994-cü il təvəllüdlü Əsgərov Vüsal Vüqar oğlu döş boşluğunun sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Üzərində cərrahi əməliyyat aparılan yaralının vəziyyəti ağır qiymətləndirilir.
V. Əsgərovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.