Bu gün Ağstafa rayonunda minik avtomobili 3 nəfəri vurub.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində bir qadın həyatını itirib, orta yaşlı kişi və azyaşlı uşaq isə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hüquq-mühafizə orqanları ölən qadının və xəsarət alanların şəxsiyyətini müəyyənləşdirir.