Bakıda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 530 m2 olan ikimərtəbəli 14 otaqdan ibarət binanın 5 otağının yanar konstruksiyaları, digər otağın tavanı 16 m2 sahədə və binanın dam örtüyünün yanar konstruksiyaları 136 m2 sahədə (ümumi 332 m2 sahədə) yanıb.

Binanın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.