Xalq artisti Teymur Mustafayev (Teymur əmi) həyat yoldaşından bəhs edib.
Unikal.org bildirir ki, muğam ifaçısı "5/5" verilişində xanımının ünvanına təriflər yağdırıb:
"55 ildir ailəliyəm. Xanımıma qurban olum. O xanıma "bayılıram". O olmasa mən heç kiməm. Pul gəldi gedərdi. İnsan olmaq lazımdır, onda işlər qaydasında olur. Ata-ananın xeyir-duası olmasa ailə, övlad heç olur. Ailə quranda da, övlad sahibi olanda da valideyn xeyir-duası almışam. İllərdir bir yerdəyik, nəvələrimin toyu olacaq. İndiki gənclərə demək istəyirəm ki, ata-ananın sözünə qulaq assınlar".