Muğlanın Fethiye bölgəsində yaşayan azərbaycanlı fotomodel Leyla Həsənova, həkim olması üçün israr edən ailəsinin yanından ayrılıb və Türkiyədə model biznesi ilə məşğul olmağa qərar verib.
Unikal.org xəbər verir ki, Azərbaycanın paytaxtı Bakıda yaşayan və ailəsinin yanından ayrılaraq, universitet təhsilini Şimali Kipr Türk Respublikasında (Şimali Kipr) Turizm oxuyaraq tamamlayan 24 yaşlı Leyla Həsənova, fotomodellik edib aktyorluq təhsili almaq üçün Türkiyəyə gedib. Azərbaycan Neft və Sənaye Universitetini yarıda buraxdığını, estrada müğənnisi Elvin Abdullayevin klipində də rol aldığını bildirən Həsənova, ötən ay Fethiye bölgəsinə yerləşib. Türkiyəni çox sevdiyini qeyd edən azərbaycanlı model, karyerasına qardaş ölkədə davam etmək istədiyini qeyd edərək, bu sözləri deyib:
"Anam və bacılarım həkimdir. Mənim də həkim olmağımı çox istədilər. Ancaq Azərbaycandakı məktəbi yarımçıq qoyub, Şimali Kiprin Doğu Akdeniz Universitetində Turizm bölümündən məzun oldum. Ölkəmdə bir müddət fotomodellik etdim və klipdə rol almışam. Ancaq artıq Türkiyədə yaşayıb, burada karyera qurmaq istəyirəm. Türkiyədə azərbaycanlı olduğumu öyrənən hər kəs "sən bacımızsan" deyə məni yaxşı qarşılayır. Burada çox xoşbəxtəm".
Bu ilin yayından Türkiyədə modellik sənayesinə qatılan 24 yaşlı Azərbaycanlı qıza durmadan təkliflər artmaqdadır.