Aktrisa Burcu Karaya bir şirkət məhz ona aid olan gəlincik hədiyyə edib.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, gəlinciyin fotosunu İnstaqram səhifəsində paylaşan Burcu yazıb:
"Həyatımda aldığım ən gözəl hədiyyələrdən biri. Gözlərim doldu, uşaqlıq illərimə qayıtdım, ən son nə vaxt gəlinciyim olmuşdu deyə düşündüm. Bir şirkət mənim gəlinciyimi hazırlayıb. Bununla göz-gözə gəlincə, məni xoşbəxt edir. Oyuncaq onsuz da hər kəsi, hər yaşda xoşbəxt edir. Əlinizə, könlünüzə sağlıq, nə deyim, belə bir xoşagəlməz günlərdə mənə sevinc bəxş etdiniz".