Bu gün Bakının Xətai rayonu ərazisində maraqlı yol qəzası baş verib.

Unikal.org-un məlumatına görə, "Azure" kompleksinin avtomobil dayanacağının ikinci mərtəbəsindəki "Hyundai Sonata" markalı minik avtomobili küçəyə aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb, nəqliyyat vasitəsinin isə ön hissəsi yararsız vəziyyətə düşüb.

Qəzadan çəkilmiş fotonu Ülviyyə Hüseynzadə sosial şəbəkədə paylaşıb. (lent.az)