Əməkdar artist Röya Ayxan mərhum müğənni Rüfət Mehdiyevin xatirəsinə ithaf etdiyi klipini təqdim edib.

Unikal.org  xəbər verir ki, ekran işi R.Mehdiyevin repertuarında yer almış "Darıxdım adlanan mahnıya çəkilib. Bəstə Rüfət Mehdiyevin ifasında xeyli populyarlıq qazanıb.

Mahnının sözləri Xanım İsmayılqızının, musiqisi Nadir Əzimovundur.

Klipin rejissoru Tural Əsədovdur.

Xatırladaq ki, Rüfət Mehdiyev 1 fevral 2011-ci ildə 41 yaşında insultdan dünyasını dəyişib.