Tovuz rayonunda 29 yaşlı qadın zəhərlənib.
Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Belə ki,1987-ci il təvəllüdlü Arzu Vidadi qızıVəliyeva evində zəhərlənib. Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A.Vəliyevaya həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. Hazırda reanimasiya şöbəsinə yerləşdirilmiş xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Onun hansı şəraitdə və nədən zəhərləndiyi araşdırılır.