Xəbər verdiyimiz kimi, Ankarada Müasir İncəsənət Mərkəzində baş verən insident zamanı azı 3 nəfər xəsarət alıb.
Unikal.org xəbər verir ki, səfirə atəş açan şəxs öldürülüb. İnsidentdən dərhal sonra hadisə yerinə Türkiyənin daxili işlər naziri Süleyman Soylu gəlib.
Silahlı hücumdan sonra Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dünyasını dəyişib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, hadisə ilə əlaqədar rəsmi Moskva Türkiyə hökuməti ilə davamlı əlaqə saxlayır.
Rusiya XİN ölkənin Türkiyədəki səfirinin öldüyünü təsdiqləyib.