"Karlovla münasibətlərimiz olmayıb

Bu fikirləri Unikal.org-a Azərbaycanın keçmiş Xarici İşlər naziri Heseynağa Sadıqov dünən gecə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, hər iki ölkənin ağıllı insanları hadisənin niyə törədildiyini başa düşürlər:

"Bu düşünülmüş şəkildə Rusiyaya qarşı atılan addımdır. Türkiyə ilə Rusiyanın münasibətlərini korlamağa yönəlib. Hər iki ölkənin ağıllı insanları hadisənin niyə törədildiyini başa düşürlər. Ona görə də bu hadisə Türkiyə -Rusiya münaisbətlərinə zərrə qədər də olsun təsir göstərməməlidir. Əsas məsələ oldur ki, beynəlxalq güclər terrora qarşı mübarizəni gücləndirsinlər. Mən nazir olanda onun adını eşitmişdim. Təəssüf ki, Andrey Karlovla başqa regionlarda işlədiyimizdən şəxsi görüşlərimiz də olmayıb. Onun haqqında geniş bilgiyə malik deyiləm".