Azərbaycanın xalq artisti Canəli Əkbərovun avtomobilini Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cərimə meydançasına aparıblar.

Unikal.org-un məlumatına görə, xalq artisti "Toyota-Prado" markalı, 90 -FZ-171 dövlət nömrə nişanlı avtomobilini yol kənarında saxlayıb. Bununla da o, dayanma-durma qaydasını pozub. Cərimə meydançasına gələn xalq artisti Avtosfer.az-a qayda pozmasını etraf edib.

"Dayanma və durmanın cəriməsini ödədim, avtomobilimi müvəqqəti duracaqdan götürdüm. Sağ olsunlar, mənə çox hörmət etdilər", - deyə, Canəli Əkbərov bildirib.

Onu da qeyd edək ki, Canəli Əkbərovun avtomobilini evakuator Dövlət Musiqili Teatırın yaxınlığından aparıb. Xalq artisti bildirib ki, həmin teatırda mərhum Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştrak edirmiş.