Müğənni Nadir Qafarzadə "ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişində qonaq olub.
Unikal.org xəbər verir ki, ifaçı şəxsi həyatı ilə bağlı açıqlamalar verib. N.Qafarzadə bildirib ki, iki övladını itirib:
"Ailə qurmamışdan qabaq, qaynatam qızı vermək istəmirdi. O bilirdi ki, mən müğənniyəm. Atası deyirdi ki, kəndə qız vermərəm, gedib inək sağası deyil. Amma indi mənə baxıb fəxr edir. Çox kasıb idik, 7 il nişanlı qaldıq. Anam axırda ağladı ki, bir də o qızın qapısına getməyəcəm, get onu gətir. Qızgilə gəlib, barmağımdakı üzüyü çıxardıb stola qoyub dedim ki, biz belə xoşbəxt olmayacağıq. Anamın alçalmasını istəmirəm. Əgər sənin də məndə könlün varsa, tut əlimdən gedək. Dedi ki, mənim də gedəcəyim yerim yoxdur, sənin də. Hara gedəcəyik? Dedim bir yer taparıq. Razılaşdı və yüngül şeylər götürüb mənimlə qaçdı. Məktub da yazıb qoydu ki, mən könüllü gedirəm, polisə deməyin. 24 ildir yanımdadır. Onunla çətin dövrlərdən keçdik. Aclıqdan, düzgün qidalanmamaqdan 2 övladımı itirdim. Bir qızım, bir oğlum ölüb. Qızım yaşasaydı 23 yaşı var idi. Nə vaxt qaynatam evə gələndə soyuducunu açıb baxmaq istəyəndə yoldaşım qoymurdu. Hər şeyimizin olduğunu deyirdi. Amma soyuducu bomboş idi. Qızım 10 gün yaşadı, oğlum 3 gün".