Tailandda yaşıllıqlara qərq olunmuş otel kompleksi qapılarını qonaqların üzünə açıb.

"Space Architects və "Pisud Design şirkətlərinin layihəsi ilə tikilən kompleks əsl cənnəti xatırladır. Kurort 4 hissəyə bölünüb və hər birində villalar xüsusi üslubda inşa edilib.

Maraqlıdır ki, bəzi villalar ağacda quraşdırılıb və sanki quş yuvasını xatırladır. Onların tikintisində isə bambuk materialından istifadə olunub.

Hər villa özünəməxsus interyerə malikdir və onların hər birində açıq hovuz var.(azertag)