Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, yolun 9-cu kilometrliyində "Mercedes" və "VAZ 21010" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, xəsarətlərinin ağır olmadığı bildirilir.

Faktla bağla bağlı araşdırmalar aparılır.