Rusiyada "Fashion TV"nin təşkilatçılığı ilə mükafatlandırma mərasimi keçirilib.
Unikal.org-un məlumatına görə, tədbirdə azərbaycanlı iş adamı, müğənni Emin Ağalarov "Ən dəbli kişi müğənni" seçilib. "Ən dəbli qadın müğənni" adına isə Ani Lorak layiq görülüb.
Azərbaycan əsilli stilist Aysel Trudel isə "İlin stilisti" mükafatını alıb.
Gecədə Rusiyanın tanınmış simaları iştirak edib. Onlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.