Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin "Samur gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən unikal.org-a bildirilib ki, şəxsi yoxlama nəticəsində, həmin şəxslərdən iki nəfərin ayaqqabılarında, bir nəfərin isə corablarında, gömrük nəzarətindən gizlədilmiş halda cəmi 120.000 ABŞ dolları aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.