İraqda İŞİD silahlılarının kimyəvi silahdan istifadə etməsi nəticəsində 3 yaşlı qız ölüb.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, terrorçular martın 9-da İraqın şimal-şərqində yerləşən Taz şəhərini atəşə tutarkən kimyəvi silahdan istifadə ediblər.
Nəticədə onlarla insan zəhərlənərək xəstəxanalara yerləşdirilib. Vəziyyət ağır olan 4 nəfər paytaxt Bağdada göndərilib.
Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan bu yaxınlarda bəyan edib ki, İŞİD İraq və Suriyada dəfələrlə kimyəvi silahdan, o cümlədən bibər qazından istifadə edib.